Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və yürüşü keçirilib.
BAKU.WS xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, digər tanınmış şəxslər və səhər sakinləri iştirak ediblər.
Klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb.
Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.
Bunlar tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələridir.
Sərgidə müxtəlif dövrlərə aid avtomobillər nümayiş olunub. Onların arasında illərdir qorunub saxlanılan və sahibləri üçün xüsusi xatirə dəyəri daşıyan avtomobillər də var.
"Marina Bay"də keçirilən sərgidə yürüşdə iştirak edən avtomobil sahibləri arasından müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən edilərək mükafatlandırılıb.
Qaliblər "Sərginin veteranı", "Qızıl standart", "Canlı əfsanə", "Nadir incilər", "Dövrün stil ikonası", "Dövrün ruhu", "Vintaj zərifliyi", "Ənənələrin qoruyucusu", "Yarış əfsanəsi", "Dəmir aristokrat", "Zəhmətkeş əfsanə", "Xalqın sevimlisi", "Dövrün səsi" və "Zaman kapsulu" nominasiyaları üzrə müəyyənləşdirilib.
Qonaqlara musiqi proqramı da təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı
Hər addımbaşı cəmiyyətdə və sosial şəbəkələrdə "narsist" sözünə rast gəlirik. İnsanlar özünü üstün tutan, lovğalıq edən və daim diqqət gözləyən hər kəsi asanlıq...