Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib
Foto
Sosial 70

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub.

BAKU.WS xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya İnnovasiya Mərkəzi barədə məlumat verib.

Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti burada tətbiq edilən innovativ texnologiyalar və şagirdlərin yaradıcılığına yönəlmiş təlim-tədris prosesini izləyib.

Bildirilib ki, STEAM İnnovasiya Mərkəzi Azərbaycanda elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) istiqamətlərinin inkişafına töhfə vermək məqsədilə yaradılıb. Burada şagirdlər müasir texnologiyalardan istifadə edərək bilik və bacarıqlarını artırmaqla yanaşı, yaradıcı düşüncə və problem həlletmə qabiliyyətlərini inkişaf etdirirlər.

Leyla Əliyeva, həmçinin Mərkəzdə olan texnologiyalar robototexnika, 3D çap, süni intellekt, virtual və artırılmış reallıq laboratoriyaları ilə tanış olub. O, eyni zamanda, Mərkəzdə ekskursiyada olan şagirdlərlə görüşüb, onların hazırladıqları layihələrlə tanış olub. Şagirdlərin hazırladıqları layihələrə baxan Heydər Əliyev Fondunun vitse-prezidenti onların işlərini yüksək qiymətləndirib və müxtəlif sahələrdə tətbiq edilə biləcək yeniliklərin önəmini vurğulayıb. Leyla Əliyeva gənclərin elm və texnologiya sahəsindəki uğurlarının ölkənin davamlı inkişafı üçün əsas olduğunu bildirib.

Görüşdə şagirdlər gələcək planlarından, innovativ ideyalarından və məqsədlərindən danışıblar.

Oxşar xəbərlər

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil VERİLƏCƏK

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil VERİLƏCƏK

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək. BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat y...

41 Sosial 14:15 02 yanvar 2025

Son xəbərlər