Lənkəranlı şagirdlər əsgərləri minadan qoruyan "ağıllı çəkmə" hazırlayıblar
Lənkəran məktəblilərinin hazırladıqları "ağıllı çəkmələr" hər kəsin marağına səbəb olub.
Belə ki, rayonun Boladi kəndində yerləşən Nahir Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri əsgərləri minadan qorumağa kömək edən "ağıllı ayaqqabı" layihəsi hazırlayıblar.
Şagirdlərin Baku TV-yə bildirdiyinə görə, hazırladıqları çəkmələr döyüş zamanı əsgərin təhlükəni əvvəlcədən hiss etməsinə kömək edir.
"Bizim yaratdığımız çəkmə əsgəri minadan qorumaq üçün nəzərdə tutulub. Döyüş zamanı əsgərin diqqəti əsasən döyüşə yönəldiyi üçün ayağının altını yoxlaması çətin olur. Buna görə mina detektorunu ayaqqabının alt hissəsinə yerləşdirmişik. Əsgər addım atmadan əvvəl təxminən 6-8 sm məsafədə ayağının altında olan metal və ya minanı müəyyən etmək mümkündür", - şagirdlərdən biri bildirib.
Qeyd edək ki, bu layihə "Sabahın alimləri" XV Respublika layihə müsabiqəsində qızıl medal qazanıb.
Oxşar xəbərlər
Əmək bazarında yeni dinamika - Yerli kadrlar əcnəbi işçiləri üstələyirlər
Ötən ilin yekunlarına görə, Azərbaycanda əmək bazarında xarici işçi qüvvəsinin dinamikası müəyyən dəyişikliklərlə müşahidə olunub. Rəsmi statistikaya əsasən, 20...