Lənkəranın sakinlərinin NƏZƏRİNƏ
Bu gün Lənkəran rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-yə istinadən xəbər verir.
Məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 3 saylı və 35/10 kV-luq "Liman" yarımstansiyasından çıxan 10 kV-luq 5 saylı hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov və Velədi, saat 14:00-dan 16:00-dək Qumbaşı, Şirinquyu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
WUF13 günlərində metro yeni qrafikdə işləyəcək
"Bakı Metropoliteni" QSC mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) günlərində metro gücləndirilmiş iş rejimində f...