Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO

Lənkəranda etiraz edən tibb işçiləri təhqir olundu - VİDEO
Video
Sosial 391

Lənkəranda koronavirusla mübarizə çərçivəsində fəaliyyət göstərən tibb işçiləri onlara üç aya görə cəmi 190 manat əlavə ödənilməsinə etiraz ediblər.

BAKU.WS xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, Lənkəran Mərkəzi Xəstəxanasının baş həkiminin müavini etiraz edən tibb işçilərini təhqir edərək qovub.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb:

“Bununla bağlı baş həkimin müavininin izahatı alınıb, ona müvafiq qaydada xəbərdarlıq edilib”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər