Laçın kanat yolunun inşası bu ilin sonuna qədər tamamlanacaq
Laçın şəhərində inşa olunan kanat yolunun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, kanat yolunun uzunluğu 1 720 metr, hündürülüyü isə 300 metrdir. Kanat yolu ilə hərəkətin müddəti 6 dəqiqə olacaq.
Bundan başqa, Laçın şəhərindəki kanat yolunun 1 saat üçün sərnişindaşıma qabiliyyətinin 800 nəfər olacağı planlaşdırılır.
Məlumata görə, bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.
Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.
Ətraflı:
Oxşar xəbərlər
Sabah 25° isti olacaq - HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə d...