Laçın ağ örpəyə bürünüb
Yeniliklərdən dərhal xəbərdar olun
Laçına mövsümün növbəti qarı yağıb.
BAKU.WS-in məlumatına görə, Həkəri çayının ətrafı ağ örpəyə bürünüb.
Bildirilib ki, qar yağışı indi də davam edir.
Qeyd edək ki, yağan qarın hündürlüyü Əlibəy (Zaqatala) və Lerikdə 39, Şahbuzda 35, Kəlbəcərdə 32, Sarıbaşda (Qax) 30, Laçın və Qubadlıda 23, Yardımlıda 20, Kişçayda (Şəki) 19, Xızıda 18, Xaltanda 16, Qrızda 15, Şuşada 13, Şamaxı, Qobustan və Lazada (Qusar) 12, Xınalıqda 10, Xankəndidə 9, Şahdağda 7, Qubada 6, İsmayıllı, Xocalıda 5, Ceyrançöl və Sədərəkdə 4, Füzulidə 3, Qəbələ və Gədəbəydə 1 sm-dir.
Oxşar xəbərlər
Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələ...