Laçın rayonunun lövhəsi hazırlanıb, sakinlərin siyahıya alınmasına başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın rayon İcra Hakimiyyəti əhalinin siyahıya alınmasına başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə icra hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, icra hakimiyyəti hazırda Laçın rayon sakinlərinin hansı ərazidə və hansı şəraitdə məskunlaşdığını araşdırır:
"Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Müəyyənləşdiririk ki, hazırda hər kənddə neçə ailə var və harada yaşayır. Hazırda rayon polis şöbəsi işğaldan azad olunan əraziyə köçürülüb, postlar müəyyənləşdirilir".
İcra Hakimiyyətindən qeyd ediblər ki, artıq Laçın şəhərinin girişi üçün xüsusi lövhə də hazırlanıb: "Yaxın günlərdə lövhə Laçın şəhərinin girişində, Laçın dəhlizində yerləşdiriləcək".
Qalereya
Oxşar xəbərlər
İcbari Tibbi Sığorta ilə bağlı ŞAD XƏBƏR - 2550 tibbi xidmət müəyyənləşdirildi
“İcbari tibbi sığortanın Xidmətlər Zərfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiqlənib. Xidmətlər Z...