Kürdəmirdə Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rizvan Hacıyevlə vida mərasimi keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunun Qocalı kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra Füzulinin Qacar kəndi ərazisində tapılan Rizvan Qara oğlu Hacıyevlə vida mərasimi keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rizvan Qara oğlu Hacıyev 1973-cü ildə anadan olub. 1993-cü ilin aprel ayında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub və itkin şəhid kimi qeydiyyata alınıb.
Şəhidin nəşinin qalıqları Qocalı kənd qəbiristanlığında dəfn olunacaq.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...