Kürdəmirdə 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolları yenidən qurulur

Kürdəmir rayonunda Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistral avtomobil yolunu Sığırlı, Ərşəli, Muğanlı və Xınıslı kəndləri, eləcə də Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının yenidən qurulması işlərinə start verilib.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, layihə 12 mindən artıq əhalinin yaşadığı yaşayış məntəqələrini əhatə edir.
Uzunluğu 18 kilometr olan, çınqıl örtüklü mövcud yol xüsusilə payız-qış mövsümündə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinliklər yaradırdı. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulmasına zərurət yaranmışdı. Yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Genişliyi 10 metrədək artırılır, bu da 6 metr hərəkət hissəsi və hər iki tərəfdə 2 metr çiyin hissəsini əhatə edir.
Hazırda layihənin 4 km-lik Muğanlı hissəsində "İnşaat Norma və Qaydaları"na uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu və yol yatağının tikintisi üzrə texnoloji ardıcıllığa əsaslanan işlər davam etdirilir.
Eyni zamanda, yol boyunca suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri sahələrdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır.
Layihənin yekun mərhələsində hərəkətin təhlükəsiz və səmərəli təşkili məqsədilə yol nişanları, siqnal dirəkləri, kilometr göstəriciləri və dayanacaqların quraşdırılması, eləcə də yolcizgi və yolgöstərici xətlərinin, piyada keçidlərinin çəkilməsi işləri həyata keçiriləcək.
Qalereya
Oxşar xəbərlər
Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC tələbatı ödəmək təmin etmək məqsədilə iyunun 16-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edib. BA...
