Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb
28
may
2024
18:30
Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov BAKU.WS-ə bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 502 sm təşkil edir.
Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.
Oxşar xəbərlər
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb
Kür çayının Qıraqkəsəmən məntəqəsində 27 may saat 20:00-a olan məlumata əsasən suyun səviyyəsi tədricən azalıb. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xid...