Külək güclənəcək, temperatur 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında iyulun 28-də cənub küləyinin 15-20 m/s, 29-dan 30-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-u günün birinci yarısında yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enərək, 25-28° isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 28-dən 30-u gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Oxşar xəbərlər
İyul ayına olan hava proqnozu AÇIQLANDI
İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...