Küçələrdəki baryerlər avtomobil saxlamaq üçün sakinlər tərəfindən qopardılıb ?

Küçələrdəki baryerlər avtomobil saxlamaq üçün sakinlər tərəfindən qopardılıb ?
Sosial 92

Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən velosiped zolaqlarının kənarına quraşdırılan baryerlər yararsız hala salınaraq, ətrafa səpələnib. Bu baryerlər minik avtomobillərinin və avtobusların velosiped zolağına daxil olmasının qarşısını almaq üçün müxtəlif küçə və prospektlərdə quraşdırılıb.

Bəs bu baryerlər küçələrə niyə səpələnib?

BAKU.WS xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sözügedən baryerlərin qoparılaraq kənara atıldığı bildirilib. Bu hüquqazidd əməllər obyektlərin qarşısında avtomobillərini saxlamaq istəyənlər, xüsusən axşam saatlarında velosiped zolağında parklanma zonaları yaradaraq qanunsuz ödəniş alanlar, bəzi hallarda isə ərazidə yaşayan sakinlər tərəfindən törədilir.

Məlumatda qeyd olunur ki, avtomobillərlə bağlı yarana biləcək münaqişəli məsələlərin aradan qaldırılması üçün mikromobillik zolaqları boyunca təhlükəsizlik sədləri quraşdırılır:

"Müxtəlif zamanlarda nəqliyyat vasitələrinin təsiri nəticəsində bu sədlər zədələnir, bəzi hallarda isə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə yol səthindən qopardılaraq kənara atılır. Dövlət əmlakına ziyanın vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də olunur.

Qeyd edək ki, bu sədlər zədəyə davamlı materialdan hazırlandığından təkrarən yerlərinə bərkidilir".

Son xəbərlər