“Kristal Abşeron” ağac kəsiminə görə cərimələndi

“Kristal Abşeron” ağac kəsiminə görə cərimələndi
Sosial 335

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı daxil olan şikayəti yerində araşdırıb və əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd ağacının kəsildiyi aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə ETSN-in Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı ağacın “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kanalizasiya suyunu dənizə axıtdırdığına görə rəis cərimələndi

Kanalizasiya suyunu dənizə axıtdırdığına görə rəis cərimələndi

Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xəzər dənizi sahili zonasında çirkab suların çimərlik zonasından birbaşa Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkədə ya...

1849 Sosial 11:41 07 iyul 2018

Son xəbərlər