Korrupsiya barədə məlumat verən şəxs necə qorunur? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Korrupsiya pozuntuları ilə bağlı məlumat verən şəxslərlə bağlı qanunvericilikdə bütün məsələlər tənzimlənib və onlara qarşı təzyiq hallarına görə cinayət məsuliyyəti də müəyyən olunub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun "İnstagram" sosial şəbəkə səhifəsindəki canlı yayımda qurumun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova danışıb.
O bildirib ki, qanunvericilikdə korrupsiya pozuntuları haqqında məlumat verən şəxslərin dövlət müdafiəsi var:
"Bu şəxslərin verdiyi məlumata görə qisas almaq məqsədilə hansısa tədbirlərin görülməsi qadağandır. Buna görə də müəyyən olunub ki, müvafiq korrupsiya pozuntuları ilə bağlı məlumat verən şəxs hesab edirsə ki, onun işdən çıxarılması, tənbeh edilməsi verdiyi məlumata görədir, bunun əksinin sübutu işəgötürənin öhdəliyindədir".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...