Körpələr evindən oğurluqda ittiham olunan keçmiş baş həkim DSX hospitalında İŞƏ DÜZƏLİB?
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün mətbuatda Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evinin baş həkimi işləmiş və körpələr evindən ərzaq oğurluğu ilə bağlı ittiham olunan Nəhayət Əliyevanın Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalında işə başlaması ilə bağlı məlumat yayılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, məlumatda Nəhayət Əliyevanın bacısı Yeganə Əliyevanın DSX Hərbi Hospitalının Ginekologiya Şöbəsinin rəisi olması vurğulanıb.
Məsələ ilə bağlı DSX-yə sorğu ünvanladıq.
Xidmətdən cavab olaraq yayılan məlumatın əsassız olduğu bildirilib.
"Nəhayət Əliyeva adında şəxs DSX-nin sistemində yoxdur və Hərbi Hospitalda işləmir", - deyə rəsmi açıqlamada bildirilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...