Koronavirusdan sağalan Mələk: "Anam dedi ki, qohum-əqraba bilməsin, ərə gedə bilməzsən"
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə koronavirusdan sağalan 28 yaşlı Melek Yıldırım yaşadıqlarını danışıb.
BAKU.WS habertürk-ə istinadla xəbər verir ki, gənc qız virusa yoluxduğu üçün ailəsi tərəfindən etirazla qarşılandığını deyir:
"Mart ayının 4-dən 9-na kimi Parisdə oldum. Virusa da elə orada yoluxdum. Türkiyəyə qayıtdıqdan 5 gün sonra halım pisləşdi. Doğum günümdə - 16 martda xəstəxanaya yatırıldım.
Fransadan döndükdən sonra canlı ünsiyyətdə olduğum səkkiz nəfərin altısında da koronavirus aşkarlandı. İki nəfərin test nəticəsi isə mənfi çıxdı.
Ailəm Madriddədir, Diyarbakırda çalışıram. Elə orada xəstəxanada yatdım. 13 gündən sonra evə buraxıldıqda evimizə zəng vurdum. Atamın ilk sözü bu oldu: "Qızım, evə gəlmə".
Anam isə testimin cavabı pozitiv çıxdığını öyrənincə ilk reaksiya belə oldu: "Qızım, heç kimə demə. Qohum-əqraba bilməsin, ərə gedə bilməzsən".
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...