Koronavirusdan qorunmaq üçün təlimatlar hazırlanıb - Hamı əldə etməlidir
01
may
2020
18:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Karantin tədbirləri yumşaldıqca tətbiq ediləcək qaydalar üzrə 6 metodik göstəriş hazırlanıb”.
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Həmin təlimatlar aşağıdakı sahələr üzrə hazırlanıb:
- Vətəndaş qəbulunu həyata keçirən qurumlar
- İctimai nəqliyyatda davranış qaydaları barədə göstərişlər
- Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələr
- Turizm və hotelçilik
- İctimai iaşə müəssisələri
- Müxtəlif ticarət sahələri, ofislər və xidmət sahələri
R.Bayramlı qeyd edib ki, təlimatlar yaxın günlərdə təsdiq ediləcək:
“Bütün işləyənləri və iş rəhbərlərini həmin təlimatları əldə etməyə və riayət etməyə çağırırıq. Həmin təlimatlar koronavirus.info.az saytında yerləşdiriləcək”.
Oxşar xəbərlər
Baş nazirdən karantin qaydaları ilə bağlı MÜHÜM QƏRAR
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə qərar verib. BAKU.WS xəbər...