Koronavirusdan ölən ərinə “40 mərasimi” təşkil etmək istədi
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini S.Qasımovanın karantin rejimi qaydalarını pozaraq, COVID-19 infeksiyasından dünyasını dəyişmiş həyat yoldaşına 50 nəfərlik “40 mərasimi” təşkil etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dərhal dayandırılıb və məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.
İki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.
Oxşar xəbərlər
Azərbaycanda toy edənlər saxlanıldı, inzibatçı həbs edildi - FOTO
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Qəsr” r...