Koronavirusa qalib gələn türkiyəli həkim: Yenidən insanlara xidmət göstərəcəm - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Trabzon Vakfıkebir Dövlət Xəstəxanasının həkimi Selin Ünal 14 günlük müalicədən sonra COVID-19 virusuna qalib gəlməyi bacarıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
Selin Ünal bu gün həmkarlarının alqışları və horon rəqsi ilə evə göndərilib.
Trabzonlu həkim sağaldıqdan sonra yerli mətbuata açıqlaması belə olub: "Nəfəs almaqda çətinlik çəkərkən test etdirdim. Qızdırma və öskürəkdən şikayətim yox idi. Bu müddət ərzində həmkarlarım həmişə yanımda idilər, həqiqətən çətin bir proses oldu.
Buna görə hamı evdə qalmalıdır. Əslində çox şikayətim olmadan bu prosesi başa çatdırdım. Mən immun plazma vermək istəyirəm. Bir həftə sonra vəzifəmə başlayacağam".
Oxşar xəbərlər
Onkoloji xəstələrin koronavirusdan qorunması üçün tövsiyələr açıqlanıb
Onkoloji xəstələrin koronavirusdan qorunması üçün tövsiyələr açıqlanıb. BAKU.WS-in məlumatına görə, Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının...