Komitə rəsmisindən aliment ittihamı: "İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb"

Komitə rəsmisindən aliment ittihamı: İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb
Sosial 16

"Yerli icra hakimiyyətləri ilə işləyirik, amma əməkdaşlıq çox çətindir. Hər il məişət zorakılığı ilə bağlı sorğular, hesabatlar alırıq. Bizə rayonlardan verilən statistikaya baxıram. Rayonlar var ki, aliment ödəməyən kişilərin sayını sıfır göstərib. Demək ki, heç məsələ ilə maraqlanmayıblar".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib:

"İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb. Elə bir rayon varmı ki, orada aliment ödəməyən valideyn olmasın? Belə bir şey yoxdur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər