Kolleclərə qəbul üçün 6 minə yaxın abituriyent ərizəsini təsdiqlədib
Yeniliklərdən dərhal xəbərdar olun
2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən BAKU.WS-ə bildirilib ki, ərizələrin qəbulu aprelin 25-dək internet vasitəsilə aparılır. Aprelin 7-da saat 13:30-a olan məlumata görə, 5693 nəfər (Azərbaycan bölməsi - 5518, rus bölməsi - 175) ərizəsini təsdiqlədib.
Abituriyentlər DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolu vasitəsilə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Müsabiqədə iştirak ödənişlidir. Abituriyent ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir və həmin məbləğ ərizə təsdiq olunduqda müvafiq hesabdan çıxılır.
Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.
Oxşar xəbərlər
Bu gün ali məktəb və kolleclərə ərizə qəbulu başa çatır
Bu gün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu başa çatır. Dövlət İmtahan Mərkəzindən BAKU.WS-ə verilən məlumata gö...