Kolleclərə qəbul üçün 17 minə yaxın abituriyent ərizəsini təsdiqlədib
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumi (9 illik) orta təhsil bazasında 2023/2024-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclər) tələbə qəbul davam edir.
BAKU.WS Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 18:10-a olan məlumata görə, 16 min 739 (Azərbaycan bölməsi -16 min 249; rus bölməsi - 490) abituriyent ərizəsini təsdiq edib.
Ərizə qəbulu aprelin 24-dək internet vasitəsilə aparılır. Abituriyentlər DİM-in ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq səhifəyə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.
Sənəd qəbulu haqqında elanın tam mətni Mərkəzin saytında yerləşdirilib.
Oxşar xəbərlər
Ali məktəb və kolleclərə sənəd qəbulu başlayır
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır. Bu barədə BAKU.WS-ə Dövlət İmtahan...