KOBİA rəsmisi: "AQC ölkə iqtisadiyyatında vacib seqmentlərdən biridir"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ölkə iqtisadiyyatında vacib seqmentlərdən biridir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Emil Hüseynli AQC-nin VIII hesabat-seçki konfransında deyib.
Onun sözlərinə görə, cəmiyyəti iqtisadiyyatın inkişafından, tənzimlənməsindən ayırmaq mümkün deyil: "Hər bir sahibkar biznes krediti alması üçün müraciət etdikdə, mütləq şərtdir ki, orada qiymətləndiricilərin bir rəyi olsun. Digər tərəfdən qiymətləndiricilər sahibkarlara dəyən ziyanın qiymətləndirilməsində, ümumiyyətlə, hər bir təsərrüfat subyektləri arasında münasibətlərin tənzimlənməsində çox vacib bir rol oynayır".
Onun fikrincə, cəmiyyətin hesabatından da gördük ki, qurum tərəfindən nə dərəcədə çox geniş işlər görülüb: "Onun strategiyasını müəyyənləşdirib irəli aparılması üçün beynəlxalq münasibətlərin qurulmasında, ümumiyyətlə təşkilatlanmasında, ölkənin hər bir yerində əhatəli olmasında, cəmiyyətin sıralarının böyüməsində hansı tədbirlər həyata keçirilib".
Sədr müavini çıxışının sonunda nümayəndələri Vüqar Orucun sədrliyinə səs verməyə çağırıb.

Oxşar xəbərlər
Arıqlama vasitələri nəyə səbəb olur? - Çəki azalır, ölüm riski artır
Bir müddət əvvəl Rusiyada 17 yaşlı qız arıqlamaq məqsədilə istifadə etdiyi dərmandan insult keçirərək həyatını itirib. Bu, yalnız bir ailənin faciəsi deyil. Son...