Kliniki Tibbi Mərkəzdə elektron növbə sistemi istifadəyə verilib

Kliniki Tibbi Mərkəzdə elektron növbə sistemi istifadəyə verilib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, tibb müəssisələrində göstərilən xidmətlərin müasir standartlara uyğunlaşdırılması, əhalinin səhiyyə xidmətlərindən daha sürətli və rahat şəkildə istifadə etməsi məqsədilə TƏBİB tərəfindən bir sıra yeniliklər həyata keçirilir.
Bu yeniliklərdən biri də xəstəxanalarda elektron növbə sisteminin qurulması və bu sistemin bütün ölkə üzrə işlək vəziyyətə gətirilməsidir.
Kliniki Tibbi Mərkəzdə (KTM) bundan sonra əhaliyə göstərilən xidmətlər elektron növbə sistemi əsasında həyata keçiriləcək. Mərkəzə gələn vətəndaşlar 2 və 3-cü korpuslarda quraşdırılmış elektron növbə monitorlarından növbə götürməklə xidmətlərdən istifadə edəcəklər.
Bu proses tibb müəssisəsində mərhələli şəkildə həyata keçirilir. Növbəti mərhələdə KTM-in tabeliyində fəaliyyət göstərən modul tipli xəstəxanada, təmir prosesi yekunlaşdıqdan sonra isə 1-ci korpus (Poliklinika) və eləcə də digər korpuslarda tətbiq olunması nəzərdə tutulub.
Qeyd edək ki, tibbi xidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün daha əlçatan olmasına şərait yaradır.
Oxşar xəbərlər
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunda işlərin tamamlanacağı vaxt AÇIQLANIB
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər 2026-cı ilin yazında başa çatacaq BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıql...
