"Kirayə verilən" qadın bətni: Azərbaycanda daşıyıcı analıq qanunidir?

Kirayə verilən qadın bətni: Azərbaycanda daşıyıcı analıq qanunidir?
Video
Sosial 812

"20-30 yaşlı xanımlar, follekul donoru olaraq 400-dən 700 manatadək pul qazana bilərsiniz". Bu kimi elanlar sosial şəbəkələrdə daşıyıcı və ya surroqat ana olmaq üçün təklif edilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə qadın sonsuzluğunun sayında artım var. Qadın sonsuzluğu diaqnozu təyin edilən xəstələrin sayı 2022-ci ildə 1 688, 2023-cü ildə isə 2 026 nəfər olub.

Bu halda bəzi şəxslərin müalicələri və süni mayalanma yolları da uğursuzluqla nəticələnibsə, valideyn olmaq üçün ən son çıxış yolunu 3-cü şəxsin köməyində görürlər. Yəni bir qadının uşaqlığı olduğu halda yumurtalıqları fəal deyilsə, övlad dünyaya gətirə bilmir. Bununla da genetik ana yumurtası ilə genetik ata spermasından mayalanan 3-5 günlük rüşeym uşağı dünyaya gətirməyə razı olan surroqat ananın uşaqlığına yerləşdirilir. Körpə dünyaya gələndən sonra bioloji valideynlərinə təhvil verilir.

Bəs bu, qanunla tənzimlənirmi?

Hüquqşünas Hikmət Əliyev bununla bağlı qanunvericilikdə boşluqların olduğunu deyir:

"Ailə Məcəlləsində surroqat ana ifadəsi olsa da, prosesi tənzimləyən norma yoxdur. Surroqat ana, uşağın sonrakı həyatı və bunu tənzimləyən reproduktiv sağlamlıq haqqında qanun qəbul edilmədiyi üçün məsələ açıq qalır".

Daha ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində

Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində

Azərbaycanın bir sıra bölgələrində olduğu kimi, Qərb bölgəsində də geniş yayılan dabaq xəstəliyi sakinləri narahat etməyə başlayıb. Ağstafadan olan fermerlər bi...

164 Sosial 22:30 19 oktyabr 2025

Son xəbərlər