Kino Agentliyinin baş ofisi "Azərbaycanfilm" kinostudiyasına köçürülə bilər
İlin sonunadək Azərbaycan Respublikasının Kino Agentliyinin (Kino agentliyi) baş ofisinin Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında açılması nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində Agentliyin Baş direktoru Rəşad Əzizov deyib.
Onun sözlərinə görə, beləcə kino sənayesinin inkişafı ilə bağlı fəaliyyətlərin kinostudiyanın ətrafında formalaşan ekosistemlə birgə yürüdülməsi hədəflənir.
Rəşad Əzizov həmçinin "Azərbaycanfilm" kinostudiyasının dirçəldiməsi istiqamətində "KinoPark" layihəsi ilə bağlı işlərə start verildiyini və yaxın gələcəkdə bu müstəvidə mərhələli şəkildə kinostudiyanın dirçəldilməsinin mümkün olacağını bildirib.
Oxşar xəbərlər
Qışda istirahət harada daha sərfəlidir? - QİYMƏTLƏR
Artıq qış mövsümü başlayıb və bunun fonunda qış turizmi də aktuallaşıb. Vətəndaşların bir qismi istirahət üçün dağ rayonlarını seçir, digərləri isə xarici ölkəl...