Kimlərin "ÇÖRƏK PULU" kəsiləcək? - Bundan sonra... - VİDEO

Kimlərin ÇÖRƏK PULU kəsiləcək? - Bundan sonra... - VİDEO
Video
Sosial 1506

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərin vahid aylıq müavinətinin dayandırılacağı xəbərləri yayılıb.

Məlumatlarda bildirilir ki, VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən "çörək pulu" kəsiləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev "Xəzər Xəbər"ə bildirib ki, bu məsələ Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən qanunla tənzimlənir. Həmin qanun isə 2017-ci ildən qüvvədədir. Yəni bu yeni məlumat deyil. Həmin qaydaya əsasən məcburi köçkün statusu olan şəxslərə vahid aylıq müavinət ödənilir.

İşğaldan azad edilən ərazilərə köçən keçmiş məcburi köçkünlərin müavinətlərinin davam edib-etməyəcəyinə gəldikdə isə, qeyd edilib ki, bu məsələ isə məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında qanunla tənzimlənir.

Qeyd edək ki, vahid aylıq müavinətin şamil edildiyi məcburi köçkünlərin siyahısında hər ay dürüstləşdirmə aparılır. Mövcud Qaydanın tələblərinə uyğun gəlməyən hallarda müavinət verilməsi dayandırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılacaq? - RƏSMİ AÇIQLAMA

Məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılacaq? - RƏSMİ AÇIQLAMA

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi VÖEN-i olan məcburi köçkünlərə verilən “çörəkpulu”nın dayandırılacağı barədə məlumata münasibət b...

668 Sosial 10:19 15 iyun 2023

Son xəbərlər