Kiberhücumlarla bağlı Rusiyaya qarşı etiraz bəyanatının verilməsi təklif olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Kiberhücumlarla bağlı Azərbaycanın ictimai təşkilatlarına Rusiyaya qarşı etiraz bəyanatı verilməsinə çağırış edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli parlamentdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın "Azərbaycanın media resurslarına kiberhücumlar" mövzusunda keçirdiyi ictimai müzakirədə çıxışı zamanı danışıb.
O qeyd edib ki, Azərbaycanın bəzi media orqanlarına edilən kiberhücumlar Rusiyadan qaynaqlanıb:
"Vətən müharibəsi və antiterror əməliyyatları zamanı bu ölkədə bir sıra Azərbaycan saytları blok olunmuşdu. Həmin saytlar əsasən rusca məlumat yayan media orqanları idi. Ona görə də hesab edirəm ki, 20 fevral hücumları ilə əlaqədar ən azı ictimai təşkilatlar səviyyəsində Rusiyaya qarşı etiraz bəyanatı verilməlidir".
Oxşar xəbərlər
Hökməli qəsəbəsinin sakinlərinin NƏZƏRİNƏ! Bu avtobuslar YENİLƏNİR
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BAKU.WS-ə Rəq...