Kibercinayətkarlar bu domenlə yeni dələduzluq platforması yaradıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Kiberdələduzlar tərəfindən "app.ctost.com" domeni altında dələduzluq platforması yaradılıb.
Bu barədə BAKU.WS-ə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
"Belə ki, platforma vasitəsilə vətəndaşlar maliyyə piramidasına cəlb olunaraq asan qazanc vədləri təklif edilir. Dələduzluq prosesi zamanı vətəndaşa sorğu forması göndərilir və forma doldurulduqdan sonra ona məxsus hesab yaradılır. Növbəti mərhələdə hesaba daxil olmaq üçün şifr və giriş keçidi göndərilir",- deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu dələduzluq növündə əsas məqsəd vətəndaşda inam yaradaraq platformaya daha yüksək məbləğlərin köçürülməsidir.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, asan qazanc vədlərinə aldanmamağı, şübhəli keçidlər vasitəsilə fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...