İki nəfərə qarşı 200 minə yaxın dələduzluq edən maklerə hökm oxundu
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vaqif Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Vaqif Həsənov Sumqayıtda iki vətəndaşın etibarından istifadə edərək onların ümumilikdə 198 900 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Belə ki ev alqı-satqısı ilə məşğul olan təqsirləndirilən şəxs təmirsiz evləri alıb təmir etdirib satırmış. Vaqif həmin şəxslərdən də bu yolla pul alaraq qazanc əldə edəcəyi vədini verib. Daha sonra o, verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışda! - "Hyundai Sonata" - 7 min manat - QİYMƏTLƏR
30 noyabr 2022-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 17 nəqliyyat vasitəsi çıxarılıb. Hərr...