Kəskin hava şəraiti ilə bağlı sərnişinlərə və sürücülərə XƏBƏRDARLIQ EDİLDİ

Kəskin hava şəraiti ilə bağlı sərnişinlərə və sürücülərə XƏBƏRDARLIQ EDİLDİ
Sosial 284

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycanda gözlənilən kəskin hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edir.

Bu barədə AYNA-dan məlumat verilib.

Bildirilib ki, dekabrın 14-də proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar AYNA sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edir.

Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, piyadalardan yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Agentlik tərəfindən sürücülərdən ara məsafəsi və sürət həddinə diqqət etmələri xahiş olunur:

"Avtomobillərinizi ağacların və dayanıqsız konstruksiyaların yaxınlığında park etməyin və bu ərazilərdə dayanmayın. Mikromobillik istifadəçiləri, diqqətli olun! Yağışlı hava şəraitində yol səthi sürüşkən olduğundan sürətinizi azaldın və yol nişanlarına xüsusi diqqət yetirin".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər