Keşçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bakı və regionlarda...
Yeniliklərdən dərhal xəbərdar olun
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti Bakı və Sumqayıt şəhərlərində, eləcə də Ağdam, Ağsu, Cəlilabad, İsmayıllı, Qax və Yevlax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı obyektlərdə cari təmir işləri həyata keçirəcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin ümumi dəyəri 1 milyon 124 min 739,42 manat təşkil edir.
Təmir işlərinə dam örtüyünün, yararsız şüşəli ruberoidin, hamarlayıcı qatların, metal yəhərlərin, şifer dam örtüklərinin, frantonların və novların sökülməsi daxildir.
Bu layihənin əsas məqsədi məcburi köçkünlərin yaşadığı binaların təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Təmir işləri nəticəsində yaşayış şəraiti yaxşılaşdırılacaq, dam örtüklərindəki problemlər aradan qaldırılacaq və obyektlərin ümumi dayanıqlığı artırılacaq. Bu da məcburi köçkün ailələrinin daha rahat və təhlükəsiz şəraitdə yaşamasına imkan verəcək.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...