Kərə yağının qiyməti nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
"2025-ci ilin sonlarından kərə yağı ilə bağlı qiymət artımı reallaşıb. Əvvəlki qiymətlərlə müqayisədə təqribən 25-30 faiz civarında artım baş verib".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, 2026-cı ildə idxal rüsumları 5 faizdən 15 faizə yüksəldiyinə görə, 10 faiz civarında qiymət artımı gözlənilir:
"Amma adətən təcrübə onu göstərir ki, idxal rüsumları artanda təkcə həmin artım faizi qədər yox, onun üstündə qiymət artımı baş verir. Hazırda bazarda növündən asılı olaraq bir kq kərə yağının qiyməti 18-23 manat arasında dəyişir. Mövcud reallıqları nəzərə alsaq və idxal üsulunun artmasından sonra bu qiymət təqribən 25-26 manat civarında ola bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Nə market qalıb, nə işçi, amma cərimə gəlir
2015-ci ildə fəaliyyətini dayandıran obyektə 11 ildən sonra 1 000 manat cərimə tətbiq olunub. Bu obyekt Sumqayıt şəhəri, Koroğlu prospekti, 746 ünvanında yerləş...