"Kəndə təcili yardım gələ bilmir" - Saatlı sakinlərinin kabusuna çevrilən yollar
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlı rayonunun Orta Muğan kəndinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər. İllərdir davam edən bu problem sakinlərin gündəlik həyatına və təhlükəsizliyinə ciddi təsir göstərir.
Kənd sakinləri yolların keçilməz olmasının yaratdığı fəsadları belə ifadə edirlər: "Biz neçə illərdir bu vəziyyətdə yaşayırıq. Xeyir-şərimiz çox çətin keçir. Qışda vəziyyət daha da pisləşir, hətta mağazaya çörək almağa belə gedə bilmirik. Mal-qara da palçıq içində, pis vəziyyətdə qalır. Kəndə təcili yardım gələ bilmir. Nəvəm xəstə olanda onu qucağımda daşımaq məcburiyyətində qalmışam".
Məsələ ilə bağlı Orta Muğan bələdiyyəsinin sədri Əli Əsgərov problemin həlli üçün plan hazırladıqlarını qeyd edib:
"Bizim nəzərdə tutduğumuz qrafikə əsasən, 2026-cı ilin iyun ayına qədər həmin yolların ən vacib hissələrinə çınqıl töküləcək. Beləliklə, yollar qismən də olsa, bərpa edilərək yararlı vəziyyətə gətiriləcək".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...