Kənd yumurtasının qiyməti 50 qəpik oldu
Paytaxt bazarlarında kənd yumurtasın artıq 40-50 qəpikdən təklif olunur.
Alıcılar deyirlər ki, son günlər həm kənd, həm də broyler toyuğu yumurtasının qiymətində artım müşahidə olunur.
Satıcıların isə yumurtanın bahalaşması ilə bağlı yayılan münasibətləri birmənalı deyil.
Onlar deyirlər ki, bir həftə əvvəl bazarlarda yumurta qıtlığı müşahidə olunduğundan qiymətlərdə artım olub. Hazırda isə məhsul bol olduğundan qiymətlər stabildir.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli isə "Xəzər-xəbər"ə açıqlamasında yumurtanın qiymətində artım proqnozlaşdırılmadığını deyib.
İqtisadçı Xalid Kərimli isə deyir ki, Azərbaycan yumurta tələbatını daxili istehsal hesabına tam olaraq özü ödəyə bilir.
Ekspert hesab edir ki, yumurta qiymətlərinin dəyişməsi tələbatdan və istehsalın planlaşdırılmasından asılıdır. Kənd yumurtasının qiymət artımına gəlincə, ekspert bunu yem və daşıma xərclərinin artması ilə əlaqələndirib.
Oxşar xəbərlər
Nə market qalıb, nə işçi, amma cərimə gəlir
2015-ci ildə fəaliyyətini dayandıran obyektə 11 ildən sonra 1 000 manat cərimə tətbiq olunub. Bu obyekt Sumqayıt şəhəri, Koroğlu prospekti, 746 ünvanında yerləş...