Kəmaləddin Heydərovdan Allahşükür Paşazadənin qohumunun yerinə TƏYİNAT
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinə yeni rəis təyin edilib.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Fuad Məmmədov sözügedən xidmətə rəis təyin olunub.
Fuad Məmmədov indiyədək Şamaxı şəhərində həkim kimi çalışıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumu Elçin Əligülov vəzifəsindən azad edilmişdi. Onun yerinə həmin qurumun Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev müvəqqəti olaraq rəis əvəzi təyin olunmuşdu.
Xatırladaq ki, Ərəstun Əliyev son yaş həddinə görə 2021-ci ildə təqaüdə göndərilib. Bundan sonra mülki işçi kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini təyin olunub.
Oxşar xəbərlər
"Azəriqaz"a işə düzəltmək adı ilə dələduzluq edən şəxs cinayət məsuliyyətindən azad edildi
Lənkəran Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Sakit Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. BAKU.WS Pravda.az-a istinadən xə...