Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi - FOTO

Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi - FOTO
Sosial 121

Millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva onunla bağlı sosial şəbəkədə paylaşım edib.

BAKU.WS xəbər verir ki, o şəxsi insatqram hesabında deputatla şəkilini yayımlayaraq Ramiz Rövşənin “Ayrılıq” şeirindən bir hissə paylaşıb:

“Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla!

"Ölmədim" deyirəm, nə bilim axı, -

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz ölmüşəm elə”.

Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Kəmalə Paşayeva bacısının vəfatı ilə bağlı paylaşım etdi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər