Kəmalə Ağazadədən etiraz: "Valideyn üçün nə böyük cəza varsa, onu diləyirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, 11 yaşlı uşağın hamilə qalması ilə bağlı məsələyə münasibət bildirib. Ağazadə bu məsələdə birbaşa ailəni ittiham edib:
“Cəmi 11 yaşı var onun. Bir az öncə 11 yaşlı uşağın bir qız uşağı oldu. Əlbəttə, cinayət işi də açılacaq, cinayətkar da tutulacaq. Amma ən böyük cinayətkar ailədir.
O ailə hansı vəziyyətdə olmalıdır ki, uşağından, 31 həftəlik hamiləliyi, burnuna dəyən qarnından xəbərsiz olsun və görməsin! Ən böyük cəza ailənindir. Ən böyük cəza valideynindir! Hazırda cəza çəkən uşaqdır. Cəzası iztirablardır, zorlanmasıdır, hamiləliyidir, reanimasiyada can çəkişir.
Cinayətkarı isə küncdə-bucaqda axtarmayın. Nərminin ruhuna heç olmasa bu dəfə hörmət edin. Valideyn üçün isə Allahdan nə böyük cəza varsa, onu diləyirəm”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...