Kələm yükündən narkotik tapılıb
Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd edilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Gürcüstana "kələm" yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib.
Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə "kələm" formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə - marixuana aşkar edilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub. BAKU.WS AZƏRTAC-a istinadən xəbər...