Kəlbəcərdə hərbi hospital mülki vətəndaşlara da xidmət göstərəcək
Kəlbəcərdə yerləşən Müdafiə Nazirliyinin hərbi hospitalı müəyyən müddət ərzində mülki vətəndaşların da istifadə edə biləcəyi tibb müəssisəsinə çevriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli jurnalistlərə açıqlayıb. O bildirib ki, hazırda rayon ərazisində mülki xəstəxananın olmaması səbəbindən sakinlər tibbi xidmət almaq üçün uzun məsafə qət etməyə məcbur qalırlar.
H. İbrahimlinin sözlərinə görə, bu problemi aradan qaldırmaq üçün adıçəkilən hospital ilə rəsmi müqavilə imzalanıb. Müqaviləyə əsasən, Kəlbəcərdə yeni tibb müəssisəsinin inşası başa çatana qədər hərbi hospital mülki əhaliyə də tibbi xidmət göstərəcək.
Oxşar xəbərlər
Hər məsələdə özünü haqlı görən bürclər açıqlanıb
Astrologiya mütəxəssisləri bürclər arasında ən tənqidi və özünü haqlı görənlər barədə məlumat veriblər. Mütəxəssislərin fikrincə, bəzi bürclər gündəlik həyatda...