Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi – 90-dan çox vakansiya təqdim olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Kəlbəcər şəhərinin Mərkəzi meydanında təşkil olunan yarmarkada dövlət və özəl sektoru təmsil edən 16 müəssisə iştirak edib, işaxtaranlara müxtəlif peşə və ixtisas istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim olunub.
Yarmarkada Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti də iştirak edərək qurum üzrə aktiv vakansiyaları işaxtaranlara təqdim edib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...