Kəlbəcər sakini: Başımıza gətirilmiş müsibətləri unutmağa haqqımız yoxdur
Yeniliklərdən dərhal xəbərdar olun
İnsanların yaxın keçmişdə başlarına gətirilmiş müsibətləri unutmağa haqqı yoxdur.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Kəlbəcər rayon sakini Zamin Məmmədov deyib.
O, gənc nəslin yaxın tarixdə baş verənləri yaddaşlarında yaşatmalı olduqlarını vurğulayıb:
"Rayon işğal olunanda 6 yaşım vardı. Məcburi köçkünlük dövründə bir sıra rayonlarda yaşadıq, 38 illik ömrümün yarısından çoxu köçlə keçib. İndi isə artıq doğma yurda qayıdırıq.
Bu qayıdış bizim boynumuza çox böyük mənəvi yük qoyur. İndiyə qədər başımıza gətirilmiş müsibətləri unutmağa haqqımız yoxdur. Övladlarımız bu tarixi yaddaşlarında mütləq yaşatmalıdırlar".
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...