Keçmiş məhbuslar niyə azadlıqda qala bilmirlər? - Cəmiyyətdə özünə yer tapa bilməyənlər...
Təəsüf ki cəmiyyət həbsdən çıxan insanı artıq "cinayətkar" kimi görür. Həbsdən çıxan insanlara iş verilmir, kirayə ev verilmir.
Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Mütəxəssisin fikrincə, bu hallar keçmiş məhbuslarda "mən onsuz da qəbul olunmuram, deməli itirəcək bir şeyim də yoxdur" fikirini yaradır.
"Bu fikirlər isə insanı yenidən riskli davranışlara aparır. Həbsxana insanı cəmiyyətə yox, "həbsxana qaydalarına" uyğunlaşdırır. Həbsxanada məhbuslar özünü güclü olmalısan, etibar etməməlisən, qorxu göstərməməlisən və.s kimi fikirlərlə şərtləyir", - deyə mütəxəssis bildirib.
Əbdül Səlimli deyir ki, azadlığa çıxanda bu düşüncə forması cəmiyyətlə uyğun gəlmir:
"Keçmiş məhbuslar ailə münasibətləri, sosial qaydalar və azad mühit içində özünü yad hiss edir. Keçmiş məhbusların normal həyata qayıda bilməməsində əsas səbəblər isə İş tapmaqda çətinlik, maddi sıxıntılar.
Bəzi hallarda isə dağılmış ailə və uzun müddətli dostların yalnız cinayət mühitində olmasıdır. Təəsüf ki keçmiş məhbuslar "Həbsxana qorxusu"nu itirir. Birinci dəfə həbs qorxuludur, lakin ikinci dəfə isə artıq tanışdır. Bu hal beyində "risk" hissini azaldır".
Ekspert deyir ki, uzun müddət həbsdə olan adam daxili kimlik problemi yaşayır:
"Mən normal insan deyiləm, mən məhbusam". Özünü cəmiyyətdən təcrid edir. Mənfi kimlik insanı avtomatik olaraq həmin rola uyğun davranmağa aparır. Keçmiş məhbuslar cinayətə "təbiətən" meyilli olmurlar. Onları cinayətə və sistem təkrara qaytarır.
Keçmiş məhkumlara olunan etiketləmə, sosial kənarlaşdırma, yoxsulluq və psixoloji dağılma yenidən cinayət ehtimalı yaradır. Əgər bir insan həbsdən sonra iş tapsa, cəmiyyət tərəfindən qəbul olunsa və psixoloji dəstək alsa təkrar cinayət törətmə ehtimalı kəskin azalır".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Qırmızı Bazar sakini: Çox gözəl havası var, qan təzyiqim də yoxa çıxıb
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçürülən sakin Yavər Qurbanov yeni yaşayış şəraiti ilə bağlı təəssüratlarını "Baku TV" ilə bölüşüb. BAKU.WS xəbər v...