Keçmiş jurnalistə Dövlət Komitəsində YÜKSƏK VƏZİFƏ VERİLDİ
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub.
BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Elşad Mircavad oğlu Miraləm təyin edilib.
Qeyd edək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi.
Dini Komitə Aparatının yeni rəhbəri Elşad Miraləm 1977-ci ildə Goranboy rayonunda anadan olub. 1994-1998-ci illərdə Bakı Sosial idarəetmə və Politologiya İnstitutunda politologiya ixtisası üzrə bakalavr təhsili alıb.
2000-2002-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında magistr pilləsini bitirib.
Elşad Miraləm əmək fəaliyyətinə jurnalist kimi başlayıb. O, 2005-2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya katibi, mətbuat xidmətinin rəhbəri, şöbə müdiri vəzifələrində çalışıb. 2018-2020-ci illərdə CBC TV-də Azərbaycan redaksiyasının baş redaktoru işləyib.
2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.
Oxşar xəbərlər
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yaxın günlərdə Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, havanın temperaturunun aşağı düşəcəyi, xüsusilə gecə və səhər saatlarında mənfi dərəcələrin müş...