Keçmiş nazirin qardaşının şirkəti məhkəməyə verildi

Keçmiş nazirin qardaşının şirkəti məhkəməyə verildi
Sosial 105

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti keçmiş nazirin qardaşına məxsus təsərrüfatı məhkəməyə verib.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, söhbət Müdafiə Sənayesinin mərhum sabiq naziri Yavər Camalovun qardaşının ailəsinə məxsus “Hacı Camalxan/Kəndli/Fermer Təsərrüfatı”ndan gedir. Əvvəlcə təsərrüfat iddia ilə “Azərişıq” barəsində Bakı Kommersiya Məhkəməsinə üz tutub. Birinci instansiya məhkəməsinin qərarı ilə təsərrüfatın iddiası təmin edilib. İddia isə istehlak edilmiş elektrik, yaxud istilik enerjisinin haqqının ödənilməsi ilə əlaqədardır.

Məhkəmənin qərarı isə “Azərişığ”ı qane etməyib. Dövlət qurumu öz növbəsində Kommersiya Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Prosesə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin keçmiş rəhbəri Yavər Camalov 2018-ci ildə vəfat edib. Mətbuatda “Hacı Camalxan/Kəndli/Fermer Təsərrüfatı”nın Y.Camalovun qardaşının ailəsinə məxsus olması barədə məlumatlar yayılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6451 Sosial 18:43 27 may 2022

Son xəbərlər