Keçmiş “Əbu-Bəkr” məscidində yenidənqurma başa çatır, imam təyin ediləcək - FOTO

Keçmiş “Əbu-Bəkr” məscidində yenidənqurma başa çatır, imam təyin ediləcək - FOTO
Foto
Sosial 240

Nərimanov rayon Cümə məscidində (keçmiş “Əbu-Bəkr”) təmir və yenidənqurma işləri ilin sonunadək yekunlaşacaq.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, məsciddə təmir və yenidənqurma işləri Abşeron-Şirvan memarlıq üslubuna uyğun aparılıb.

Minarələrdən biri tam qəzalı vəziyyətə düşdüyü üçün, digəri isə vahid memarlıq üslubuna uyğun gəlməsi üçün sökülərək yenidən tikilib. O cümlədən günbəz də yenidən qurulub.

Məsciddə əlavə xidməti yerlər tikilib, həyəti abadlaşdırılıb. Bu ilin sonuna qədər müvafiq imtahanlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidə yeni imam təyin edəcək, məscid ibadətə açılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda bu məscidlərin imamı yoxdur - SİYAHI

Azərbaycanda bu məscidlərin imamı yoxdur - SİYAHI

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib. BAKU.WS "Report"a i...

239 Sosial 11:58 24 may 2022

Son xəbərlər