Keçən ay evlənmək istəyən şəxslərdən 12-də sifilis, 4-də QİÇS aşkarlanıb
12
iyn
2019
17:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu ilin may ayı ərzində nikaha daxil olmaq üçün 13062 nəfər müayinədən keçib”.BAKU.WS report-a istinadən xəbər verir ki, Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, onlardan 382 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 4 şəxsdə isə QİÇS aşkarlanıb:"Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 4 olub".İnstitut direktorunun sözlərinə görə, 2015-ci ildən indiyədək 555100 nəfərdə qan müayinəsi aparılıb: “19635 cütlükdən birində talassemiya daşıyıcılığı, 1789 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1789 nəfərdə sifilis, 500 nəfərdə HİV(QİÇS) qeydə alınıb".
Oxşar xəbərlər
Aşura günü qan verənlərdə QİÇS və sifilis aşkarlandı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə k...