Keçən il pornoqrafik materiallar yayan 272 sayt bloklanıb
Ötən il pornoqrafik materiallar yayan 272 saytın aşkarlanaraq bloklanması təmin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilə dair keçirilmiş kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, internet resurslarının real vaxt rejimində monitorinqi də davam etdirilərək dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vuran viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1 131 ümumilikdə 3 315 sayt, sosial şəbəkə hesabı və səhifə aşkarlanaraq bloklanması təmin edilib.
Oxşar xəbərlər
Arif Babayevin qardaşı oğlu vəzifəsindən azad edildi
Azərbaycanın gənclər və idman nazirinin müşaviri Hikmət Babayev işdən çıxarılıb. BAKU.WS Demokrat.az-a istinadən xəbər verir ki, nazir Fərid Qayıbovun müvafiq ə...