Kartdan karta ödənişlərlə bağlı hər hansı rüsum nəzərdə tutulmur
Kartdan karta ödənişlər üzrə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən rüsum nəzərdə tutulmur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin üzvü Vüsal Xəlilov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, kartdan karta ödənişlərlə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rüsum nəzərdə tutulmur: "AMB tarif siyasəti mövcuddur və bu tariflər mütəmadi olaraq nəzərdən keçirilir. Bununla belə, bu xidmətlər bankların öz məhsul və xidmətləri çərçivəsində təqdim olunur və hər hansı bank bu istiqamətdə tarif tətbiq etmək barədə müstəqil qərar qəbul edə bilər".
O bildirib ki, hazırda AMB səviyyəsində bu cür rüsumların tətbiqi ilə bağlı hər hansı təşəbbüs və ya plan mövcud deyil.
Oxşar xəbərlər
Tiktoker "Arzum"un məhkəməyə gətirilmə GÖRÜNTÜLƏRİ
20 gün əvvəl avtoqəza ilə bağlı həbs edilən tiktoker İlduzə Hacıyevanın - sosial şəbəkələrdə "Arzum 9999" adı ilə tanınan şəxsin apellyasiya şikayəti üzrə məhkə...